Dostu kosmosdan Bakını paylaşaraq Hondanı təbrik etdi

Tural İbadlı Futbol 16 mart 2021
0
"Neftçi"nin yeni transferi Keysuke Hondaya yaponiyalı kosmonavt Soiti Noqutidən mesaj gəlib.
"NewsCafe"nin "Report"a istinadən verdiyi məlumata görə, 55 yaşlı astronavt və aviasiya mühəndisi Hondanı Azərbaycan klubuna keçməsi münasibəti ilə təbrik edib.
O, 35 yaşlı həmyerlisinə yeni ölkədə uğurlar arzulayıb. Noquti Bakının kosmosdan görüntüsünü də paylaşıb. Öz növbəsində təcrübəli yarımmüdafiəçi həmin mesajı paylaşaraq belə cavablandırıb: "Mən kosmosdan xüsusi məlumat aldım. Sən bizim arzumuzsan. Yeri gəlmişkən, bəs Azərbaycan haradadır"?
Qeyd edək ki, Keysuke Honda martın 15-də "Neftçi" ilə müqavilə imzalayıb. O, mövsümün sonuna kimi "ağ-qaralar"ın formasını geyinəcək.

Oxşar xəbərlər
Təqvim
«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031