Bakıda yük avtomobili aşıb, toyuqlar asfalta tökülüb

Tural İbadlı Qəza 17 mart 2021
0
Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
"NewsCafe"nin xəbərinə görə, hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsində qeydə alınıb.
Belə ki, diri toyuq daşıyan yük avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə içərisində toyuqların olduğu yeşiklər asfalta tökülüb.
Hadisə nəticəsində yük avtomobilinin sürücüsü ağır xəsarət alıb.
Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, yük avtomobili aşdığından Moskva prospektindən Biləcəri dairəsi istiqamətdə gedən nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Avtomobillər Bakı-Sumqayıt yoluna yönləndirilir. Bu səbəbdən də paytaxtdan Xırdalan dairəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.
Mövcud vəziyyətdə bu istiqamətdə müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkətində də çətinliklər yaranıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Təqvim
«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031