Prezidentin köməkçisi: "Hər hansı bir sərtləşdirmə tədbirləri həyata keçirilməyəcək"

Daxili xəbərlər | Sosial 19 mart 2021
0

Prezidentin köməkçisi: Hər hansı bir sərtləşdirmə tədbirləri həyata keçirilməyəcəkŞahmar Mövsümov
“Bayram günlərində ictimai nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq. Bundan başqa, hər hansı bir sərtləşdirmə tədbirləri həyata keçirilməyəcək”.

“Newscafe” xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, ölkədə yoluxmaların sayı artıb, müəyyən narahatlıqlar var: “Hazırda 10 min çarpayı yükü olan xəstəxanaların imkanlarına qarşı 1500-1600 xəstəmiz var. Bu da bizə imkan verir ki, sərtləşdirməyə getməyək".
Oxşar xəbərlər
Təqvim
«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031