Putin və Şoyqu Tayqada belə istirahət edir

Tural İbadlı Xarici xəbərlər 21 mart 2021
0
Rusiya Prezidenti Vladimir Putinin müdafiə naziri Sergey Şoyqu ilə birlikdə Sibir Tayqasındakı istirahətindən görüntülər yayılıb.
"NewsCafe" xəbər verir ki, sözügedən kadrlar “Rossiya 1” telekanalının efirində nümayiş olunub.
Videoda Rusiya prezidentinin zirehli ağır texnikanı idarə etməsi, müdafiə nazirilə birgə piyada gəzintisi və nahar etməsi əks olunur.
Gəzinti zamanı Şoyqu dövlət başçısına öz emalatxanasını göstərib və burada ağacdan müxtəlif fiqurlar hazırladığını qeyd edib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, dövlət başçısı ilk dəfə deyil ki, bu yerlərdə istirahət edir. Onun sözlərinə görə, Putin Şoyqu ilə birlikdə 2019-cu ildə Tuvada olub və dağlara qalxaraq, göbələk yığıb.







@Demokrat.Az
Oxşar xəbərlər
Təqvim
«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031