İş yerlərində işdən yayınmanın səbəbləri aşkar edildi

Tural İbadlı Sosial təminat | Sosial 21 mart 2021
0
ABŞ-ın Şimal Karolina Universitetinin alimləri sübut ediblər ki, işdən vaxtaşırı yayınan əməkdaşlar sonradan öz fəaliyyətlərinə daha çox cəlb edilir və daha az yorulurlar.
NewsCafe” xəbər verir ki, bu barədə “Daily Mail” yazıb.
Mütəxəssislər ofis işçilərinin iki qrupu üzərində təhlillər aparıblar. Qruplardan birində ABŞ-dan 98 nəfər, digərində isə Cənubi Koreyadan olan 222 işçi təmsil olunub. Tədqiqatın iştirakçıları mütəxəssislərə yuxunun keyfiyyəti və yorğunluğun ümumi səviyyəsi haqqında danışıblar.
Bundan əlavə, alimlər pis gecə yuxusunun iş günü ərzində fasilələrin tezliyinə necə təsir etdiyini öyrəniblər. Məlum olub ki, səhər yorğun olan işçilər həmkarlarından daha çox işdən yayınırlar. Lakin qısa istirahət dövrü ümumi yorğunluğu azaldıb və işə olan marağı artırıb.
@Report.Az
Oxşar xəbərlər
Təqvim
«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031