Ekspert: İşsizlik probleminin kəskin olduğu dövrdə...

Tural İbadlı Sosial təminat 22 mart 2021
0
"Son zamanlar ölkə ərazisində və Bakı şəhərində ölümlə nəticələn, insanların sağlamlığına ciddi ziyan vuran avtomobil qəzalarının sayı kəskin artıb. Hər gün xəbər saytlarında bir neçə belə məlumat olur. Məlumatlardan aydın görünür ki, ölümlə və ciddi xəsarətlə nəticələnən qəzalarda əksər avtomobillər ya sovet-rus, ya da 15-20 il və daha "yaşlı" maşınlardır".
"NewsCafe" xəbər verir ki, bunu iqtisadçı-ekspert "Facebook" hesabında yazıb.
"Gələk səbəblərə: 1) Hökumətin karantin tədbirləri çərçivəsində ictimai nəqliyyat siyasəti düşüncəsiz və sistemsizdir. İctimai nəqliyyata şəhərdaxili qadağalar taksi xidmətinə təlabatı artırıb. İşsizlik probleminin kəskin olduğu dövrdə bir çox insanlar çərasizlikdən bor-xərc köhnə, daha təhlükəli maşın alıb çörək pulu qazanmaq istəyir ki, bu da qəzaları artırır. Şəhərlərarası nəqliyyatın işləməməsi isə magistral yollarda taksi trafikini artırıb deyə, qəzalar da çoxalıb. Məsələn, Gəncəyə 50 nəfər 1 avtobusda gedirdisə, indi o 50 nəfər 10-12 maşınla getməli olur, 2) Hökumətin, Gömrük Komitəsinin mənasız və soyğunçu siyasəti nəticəsində ölkənin avtoparkı durmadan köhnəlir, camaat daha ucuz olan köhnə maşınlara yönəlir. Hibrid və elektikli maşınlara rüsum-vergilərin ləğv edilməməsi, yeni maşınlara daha az rüsum-vergi tədbiqinin qəbul edilməməsi insanlarımızın sağlamlığına ikiqat zərbə vurur - qəzalarda köhnə maşınlar vətəndaşı qorumur, ekologiyamız da korlanır"-deyə N.Cəfərli əlavə edib.
Oxşar xəbərlər
Təqvim
«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031