İflasa uğrayan keçmiş deputat telefon nömrəsini satışa çıxardı

Tural İbadlı Maraqlı 25 mart 2021
0
Milli Məclisin keçmiş deputatı Rafael Cəbrayılov Azercell-in "211" rəqəmi ilə başlayan nömrəsini satışa çıxarıb. 
"NewsCafe" xəbər verir ki, reklam saytlarından birində 050 211 84 20 nömrəsi 9 000 (doqquz min) manat məbləğə yerləşdirilib.
Xatırladaq ki, Milli Məclisin keçmiş deputatı Rafael Cəbrayılov borclarına görə məhkəməyə verilib. 9 sentyabr 2015-ci ildə millət vəkili ev tikmək üçün 300 min dollar borc pul alıb. Onun tez bir zamanda borcu ödəyə bilmədiyi məlum olub. Bütün razılaşdırılmış şərtlər keçdikdə, Rafael Cəbrayılov III və IV çağırış Milli Məclisinin deputatı vəsiqəsini vəd olaraq qoymağa qərar verib. Qalmaqaldan sonra Rafael Cəbrayılov deputat mandatını təslim etmək qərarına gəlib.
@Virtualaz.Org
Oxşar xəbərlər
Təqvim
«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031