Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində Novruz mətbəxi təşkil edilib

Tural İbadlı Dağlıq Qarabağ münaqişəsi | Sosial 27 mart 2021
0
Ağdam rayonu ərazisində fəaliyyət göstərən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində Azərbaycan Milli Kulinariya Assosiasiyasının təşəbbüsü ilə Novruz mətbəxi təşkil edilib.
Bu barədə "NewsCafe"yə Müdafiə Nazirliyindən məlumat verilib.
Tədbirdə professor Tahir Əmiraslanov xalqımızın qonaqpərvərliyi, Novruz bayramının adət ənənələri, bayramda bişirilən şirniyyatların mənaları barədə hərbi qulluqçulara ətraflı məlumat verib.
Sonda Assosiasiyanın diplomları və professor T.Əmiraslanovun müəllifi olduğu kitablar tədbir iştirakçılarına təqdim olunub, nahar təşkil edilib.
Oxşar xəbərlər
Təqvim
«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031