AZAL-ın bu şirkətinin öhdəlikləri 39% artıb

Tural İbadlı Maliyyə-Biznes | Sosial 28 mart 2021
0
"Silk Vey Holdinq" MMC-yə daxil olan “VİP Aviasiya Xidmətləri Şirkəti” MMC 2019-cu ili 17,065 milyon manat xalis mənfəətlə başa vurub.
"NewsCafe" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə 20,4 % çoxdur.
2019-cu ildə “VİP Aviasiya Xidmətləri Şirkəti”nin göstərdiyi xidmətlərdən gəlirləri 40,471 milyon manat (2018-ci ilə nisbətən 1,4 % çox), xidmətlərinin maya dəyəri 14,608 milyon manat (23,7 % çox), digər əməliyyat gəlirləri 92 min manat (təxminən 96 % çox), inzibati və digər əməliyyat xərcləri 10,262 milyon manat (3 % az), asılı müəssisələrinə yatırılmış investisiyalardan gəlirləri 10 min manat (əvvəlki ol olmayıb), birgə müəssisələrə yatırılmış investisiyalardan gəlirləri 2,271 milyon manat (əvvəlki il olmayıb), investisiyalar üzrə ona elan olunmuş dividendlərdən gəlirləri 2,191 milyon manat (8,4 dəfə çox), maliyyə xərcləri 398 min manat (17,4 % az), məzənnə fərqindən gəlirləri 81 min manat (əvvəlki il zərər olub), mənfəət vergisi ödəmələri isə 2,782 milyon manat (21,8 % az) təşkil edib.
2020-ci il yanvarın 1-nə “VİP Aviasiya Xidmətləri Şirkəti”nin aktivləri 53,381 milyon manat olub ki, bu da illik müqayisədə 8,2 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 38,5 % artaraq 21,578 milyon manata çatıb, balans kapitalı isə 5,7 % azalaraq 31,802 milyon manata düşüb.
Xatırladaq ki, “VİP Aviasiya Xidmətləri Şirkəti" 2011-ci ildə, 100 min manat nizamnamə kapitalı ilə yaradılıb. Şirkət Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin Uyğunluq Sertifikatına əsasən Azərbaycanın beynəlxalq hava limanlarında yerüstü və kommersiya xidmətləri göstərir. Qurum "Premium Bank" ASC-nin səhmdarıdır.
Oxşar xəbərlər
Təqvim
«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031