BDU-nun iki dosenti vəfat etdi

Tural İbadlı Ölüm 28 mart 2021
0
Bakı Dövlət Universitetinin (BDU) iki dosenti vəfat edib.
Universitetdən "Newscafe"yə bildirilib ki, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Politologiya və sosiologiya kafedrasının dosenti Azər Mehdi oğlu Şirinov 84 yaşında dünyasını dəyişib.
A.Şirinov 1973-cü ildən universitetdə pedaqoji fəaliyyətə başlayıb. 100-dən artıq elmi və publisistik məqalənin, 5 kitabın müəllifidir.
BDU-nun Biologiya fakültəsinin dosenti Pünhan Mustafa oğlu Əfəndiyev 83 yaşında dünyasını dəyişib. P.Əfəndiyev 1967-ci ildən universitetdə pedaqoji fəaliyyətə başlayıb. O, geobotanika, bitki morfologiyası, Azərbaycan florası sahəsində elmi-tədqiqat işləri aparıb. 67 elmi məqalənin, 3 metodiki göstəricinin, 1 dərs vəsaiti və 1 monoqrafiyanın müəllifidir.
Allah rəhmət eləsin!

Oxşar xəbərlər
Təqvim
«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031