​​​​​​​"Azərişıq" 9 milyon manatlıq 2 tenderə yekun vurub

Tural İbadlı Energetika | Sosial 29 mart 2021
0
"Azərişıq" ASC “ASAN xidmət” mərkəzlərindəki layihələri üçün mal-materialların (1), eləcə də elektrik avadanlıqlarının məsafədən avtomatik idarə olunması üçün elektromaqnitli aparatların (2) satın alınması ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.
"NewsCafe" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderlərin qalibi müvafiq olaraq “Meqaplus” firması və "Sabah Construction" MMC-dir.
Qalib şirkətlərə müvafiq olaraq 4,284 milyon manat və 4,447 milyon manat, ümumilikdə isə 8,731 milyon manat ödəniləcək.
Oxşar xəbərlər
Təqvim
«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031