Serbiya millisi Bakıda muzeyin qarşısında məşq edib

Tural İbadlı Futbol 29 mart 2021
0
Serbiya yığması Azərbaycan millisinə qarşı keçirəcəyi futbol üzrə 2022-ci dünya çempionatının seçmə oyunundan əvvəl Bakıda gəzintiyə çıxıb.
"NewsCafe"nin məlumatına görə, Draqan Stoykoviçin baş məşqçi olduğu komanda günorta yeməyindən sonra Xəzər dənizinin sahilində olub.
Futbolçuların əhvalının yüksək olduğu bildirilib. Onlar fitness məşqçisi Katsuşita Kinoşinin rəhbərliyi altında Milli Xalça Muzeyinin qarşısında məşq ediblər. Futbolçularla yanaşı, məşqçilər də tibbi maskadan istifadə edib.
Serbiya mətbuatı milli üzvlərinin Bakıda xüsusi karantin rejimi ilə bağlı sərt qaydalara riayət etməli olduğunu yazıb. Bildirilib ki, stadiondan başqa digər yerlərdə qoruyucu maskadan istifadə etmək məcburidir: "Əks-halda onlar 50 avro məbləğində cərimələnə bilərlər".
Qeyd edək ki, martın 30-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq Azərbaycan - Serbiya qarşılaşması saat 20:00-da başlanacaq.





@Report.Az
Oxşar xəbərlər
Təqvim
«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031