Elman Rüstəmov: "Lirənin ucuzlaşmasının manata təsiri gözlənilmir"

Tural İbadlı Maliyyə-Biznes | Sosial 30 mart 2021
0
“Partnyor ölkələrin iqtisadiyyatında və maliyyə sistemində baş verən proseslər daim Azərbaycan Mərkəzi Bankının (AMB) diqqət mərkəzindədir.”
NewsCafe” xəbər verir ki, bunu AMB-nin sədri Elman Rüstəmov bildirib.
"Ölkədə makroiqtisadi sabitlik, o cümlədən valyuta bazarında tarazlıq qorunur və dollarlaşmanın azalması müşahidə edilir. Neftin dünya qiymətinin artmağa meyl göstərməsi tədiyyə balansını və gözləntiləri yaxşılaşdırmaqla valyuta bazarında sabitliyə müsbət təsir edir. Qeyd olunanları nəzərə alaraq Türkiyə lirəsinin ucuzlaşmasının Azərbaycan manatının məzənnəsinə təsiri gözlənilmir. Valyuta bazarında tarazlığı və mövcud makroiqtisadi sabitliyi qorumaq üçün ölkənin kifayət qədər maliyyə resursları var", - o qeyd edib.
Oxşar xəbərlər
Təqvim
«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031