Pənah Hüseynə ofis verildi

Tural İbadlı Daxili xəbərlər 30 mart 2021
0
Azərbaycanda aparılan siyasi-iqtisadi islahatlar nəticəsində partiyalarla sağlam dialoq mühiti daha da təkmilləşdirilir, siyasi plüralizm ənənələri inkişaf edir.
İqtisadiyyat Nazirliyindən “NewsCafe”yə verilən məlumata görə, dövlət başçısının tapşırıqlarına uyğun olaraq, iş prosesinin daha əlverişli şəraitdə yerinə yetirilməsi, fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə hazırda siyasi partiyaların dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələri ilə təmin olunması prosesi davam etdirilir.
Bu prosesin davamı olaraq, ötən gün nazirlik yanında Əmlak Məsələləri Dövlət Xidməti Azərbaycan Xalq Partiyasına ofis sahəsi təqdim edib.
Oxşar xəbərlər
Təqvim
«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031