Tanınmış aparıcı koronavirusa yoluxdu

Tural İbadlı Səhiyyə 30 mart 2021
0
Tanınmış aparıcı Günay Yelmarqızı koronavirusa yoluxub.
"NewsCafe"nin xəbərinə görə, bu barədə jurnalistin özü sosial şəbəkə hesabında məlumat verib.
"Bir sabah "Verdiyiniz testin nəticəsi POZITIVDIR" mesajı ilə yuxudan oyanırsan. Və anlayırsan ki, Covid-19 adlı bəla sayəsində sən də iki həftəlik "azadlıqdan məhrumsan". Günəşə pəncərədən baxanda anlayırsan ki, dünyanın ən qiymətli neməti sağlamlıqdır. Təmiz yaz havasını ciyərlərinə çəkmək üçün qət edə biləcəyin ən uzaq məsafə balkon olanda anlayırsan ki, dünyanın ən gözəl azadlığı da elə sağlamlıqdır. Anlayırsan ki, azadlıq həm də saatlarla ən sevdiyin şəhərin küçələrini dolaşmaqdı. Günəşi görüb sevinməkdi. Yaz havasını doyunca ciyərlərinə çəkməkdir. Və ən gözəl nemət yaşamaqdır!
Bu gün məndən soruşurlar ki, efir gününüz idi axı, niyə görmədik sizi TV-də? Çünki, düz bir ildir özümü qorudum, amma mən də qəfl yaxalandım bu virusa. Siz özünüzü qoruyun! Sevgilərlə",  - deyə G.Yelmarqızı bildirib.
@Demokrat.Az
Oxşar xəbərlər
Təqvim
«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031