Hamlet İsaxanlının həyat yoldaşı rəhmətə gedib

Tural İbadlı Ölüm 03 aprel 2021
0
Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının həyat yoldaşı, universitetin həmtəsisçisi, bəstəkar Nailə İsayeva dünyasını dəyişib.
NewsCafe” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə onun dostları məlumat yayıb.
73 yaşlı N.İsayeva uzun sürən xəstəlikdən sonra vəfat edib.
Qeyd edək ki, N.İsayeva 1947-ci il may ayının 29-da Quba şəhərində anadan olub. Xəzər Universiteti nəzdindəki Dünya məktəbinin həmtəsisçisi, direktoru (2000-2010-cu illərdə), İdarə heyətinin sədri, Xəzər Universiteti Direktorlar və Qəyyumlar Şurasının müşaviri (2010-cu ildən başlayaraq) və bəstəkar olub.
Oxşar xəbərlər
Təqvim
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930