Həbs edilən məmurun qardaşı: "Apellyasiya şikayəti verəcəyik”

Tural İbadlı Məhkəmə 03 aprel 2021
0
Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş Aparat rəhbəri Rasim Quliyevin ittiham olunduğu maddələr açıqlanıb.
"NewsCafe" xəbər verir ki, bu barədə Modern.az-a R.Quliyevin qardaşı, “Səs” qəzetini baş redaktoru Bəhruz Quliyev məlumat verib.
O bildirib ki, qardaşı korrupsiya əməllərinə görə saxlanılmayıb:
“Dünən məsələ qaldırdılar ki, Rasim Quliyevin işlədiyi dövrdə sənədləşmə düzgün aparılmayıb. Cinayət Məcəlləsinin 314-2.3 və 308.2 maddələrilə ittiham edilib. O, sənədləşmə işlərinin düzgün aparılmamasında günahlandırılır. Ümumilikdə bu maddələr korrupsiya və rüşvətxorluqla əlaqəli deyil, sənədləşmə işləridir”.
B.Quliyev qərarla razılaşmadıqlarını deyib:
“Qardaşım ittihamları qəbul etmir. Biz apellyasiya şikayəti verəcəyik. Nəzərinizə çatdırım ki, Rasim Quliyev 1988-ci ildən tələbə hərəkatının liderlərindən olub. 1992-ci ildə AXC-Müsavat dövründə qatı Heydər Əliyevçi kimi həbs olunub. 2001-ci ildə Bakı Şəhər İcra Hakimiyyətində Ərazi İdarəetmə Orqanları ilə iş şöbəsinin müdiri, 2012-ci ildən BŞİH-nin Aparat rəhbəri olub. 2018-ci ildə isə rəhbərlik dəyişikliyindən sonra şəxsi istəyilə işdən ayrılıb.
Digər tərəfdən, Rasim hazırda “Resurs” Analitik İnformasiya Mərkəzinin rəhbəridir. Vəzifədən ayrıldıqdan sonra dövlətə, dövlətçiliyə xidmət edir”.
Oxşar xəbərlər
Təqvim
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930