“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin (Bakı Limanı) baş direktoruna yeni müavin təyin edilib. “NewsCafe”nin "Report"a istinadən verdiyi xəbərə görə, sözügedən vəzifə Föhrab İsmayılova həvalə olunub. O, bu vəzifədə bir neçə ay bundan əvvəl vəzifəsindən kənarlaşdırılmış Əkbər Kərimovu əvəz edib.