Sutka ərzində Azərbaycanda 2 148 yeni yoluxma faktı qeydə alınıb

Tural İbadlı Səhiyyə | Sosial 17 aprel 2021
0
Azərbaycanda bu gün koronavirus infeksiyasına 2 148 yeni yoluxma faktı qeydə alınıb, 2 287 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
"NewsCafe" xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada 30 nəfər COVID-19-dan vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 298 522 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 262 480 nəfər müalicə olunaraq sağalıb, 4 107 nəfər vəfat edib. 31 935 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 583, bu günə qədər isə ümumilikdə 3 096 140 test icra olunub.
Oxşar xəbərlər
Təqvim
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930