"Azəriqaz"a görə Bakıda 11 marşrut xətti üzrə avtobusların hərəkətində gecikmə yaranıb

Tural İbadlı İnfrastruktur 19 aprel 2021
0
Bakının Nəsimi rayonunun 28 May Kövkəb Səfərəliyeva küçələrinin kəsişməsində yeraltı qaz xəttində təmir işləri aparılır.
Bu barədə "NewsCafe"yə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Məlumata görə, bu səbəbdən də hazırda Yusif Səfərov küçəsi ilə kəsişmədən qazıntı işləri aparılan hissəyədək nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb.
Sıxlıqla əlaqədar bu hissədən keçən müntəzəm və ekspres olmaqla ümumilikdə 11 marşrut xətti üzrə avtobusların hərəkət intervalında gecikmələr var.


Oxşar xəbərlər
Təqvim
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930