Sumqayıtda stadionun iki yerə bölünməsi ilə bağlı araşdırmalara başlanıldı

Tural İbadlı Maraqlı 19 aprel 2021
0
Təhsil Nazirliyi Sumqayıt Dövlət Universitetinin (SDU) standart ölçülü futbol meydançasının iki yerə bölünərək, ortasından asfalt çəkilməsi ilə əlaqədar araşdırmalara başlayıb.
"NewsCafe" xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq, nazirlikdən bildirilib. Məsələ ilə əlaqədar açıqlamanın veriləcəyi əlavə olunub.
"Məsələ ilə bağlı araşdırma gedir, açıqlama veriləcək" deyə sorğuya cavabda vurğulanıb.
Qeyd edək ki, SDU rəhbərliyi meydançanı iki yerə bölərək, ortasından asfalt çəkmələrini bir korpusdan digərinə gediş-gəlişi rahatlaşdırmaq istəkləri ilə əlaqələndirib.
Oxşar xəbərlər
Təqvim
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930