Aslan İsmayılov: “Acından ölən varsa, günah onun özündədir”

Tural İbadlı Sosial təminat 21 aprel 2021
0
“Hamı hamıdan şikayətçidir və heç kim işləmək istəmir”.
"NewsCafe" xəbər verir ki, bunu hüquqşünas Aslan İsmayılov deyib.
“Hamı müftə gəlir istəyir, məmur rüşvət hesabına, vətəndaş baş girləməklə. Sovetin dağılmasından 30 il keçsə də bu gün də sovet psixologiyası beyinlərdə hakimdir. Məmurlarımız bəlli, mən içi qarışıq hamı bundan yazır. Bəs sıravi vətəndaşlar?! Bir aya yaxındır ki, parkda təmizlik işləri aparıram. Birinci dəfə idi ki, bələdiyyəyə müraciət edib təmizlik işi üçün köməklik göstərməsini xahiş etdim. Sağ olsunlar, yox demədilər. Ancaq bu gün peşmanam, çünki bu günlər keçirdiyim əsəbə həmin işləri özüm görərdim. Bu gün səhər 3 nəfərdən bir işi görmələrini xahiş etdim. 2 saat ərzində etdiklərini gördükdən sonra eyni işi onların gözü qarşısında təkbaşına 20 dəqiqəyə özüm gördüm. İrad bildirəndə də məni borclu çıxartdılar. Ona görə də heç nədən, heç kimdən çəkinmədən deyirəm ki, bu gün acından ölən varsa günah onun özündədir. Dəqiq bilirəm ki, vicdanlı fəhləni bir gününə 25-30 manata əl-əl axtarırlar. Bu gün acından ölənlər heç bir zəhmət çəkmədən baş girləmək istəyənlərdir” – A.İsmayılov qeyd edib.
Oxşar xəbərlər
Təqvim
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930