Şəhidlərimizə matəm saxlayan Namiq Qaraçuxurlu səhnəyə dönmək üçün xalqdan icazə istədi

Tural İbadlı Şou 21 aprel 2021
0
Uzun müddətdir yaradıcılığına fasilə verən meyxanaçı Namiq Qaraçuxurlu qayıtmaq qərarına gəlib.
"NewsCafe" xəbər verir ki, bu haqda sənətçi özü məlumat yayıb.
"Uzun zamandır bütün işlərimi dondurmuşdum. Gəldim Şəhidlər Xiyabanına, onların ruhu ilə söhbətləşdim, dərtləşdim. Onlardan halallıq istədim. Buradan şəhid ailələrinə, millətimizə müraciət edirəm: izin verirsinizsə, mən də toparlanmaq istəyirım. Allah millətimizə səbr versin, gücümüz tükənməz olsun" deyə, Qaraçuxurlu videoda söyləyib.
Qeyd edək ki, N.Qaraçuxurlu müharibə ərəfəsində və ondan sonra yaradıcılığına ara verdiyini açıqlamışdı. O, bu addımı şəhidlərə, qazilərə görə atdığını söyləyib.
@Demokrat.Az
Oxşar xəbərlər
Təqvim
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930