Alimpaşa Məmmədov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib

Tural İbadlı Məhkəmə | Sosial 28 aprel 2021
0
Səbail Rayon Məhkəməsində Şəmkir Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Alimpaşa Məmmədovun məhkəməsi keçirilib.
NewsCafe”nin xəbərinə görə, məhkəmə onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxıb.
Məhkəmənin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, A.Məmmədov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyatla saxlanılıb.
Prezident İlham Əliyevin sərəncamı ilə o, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
@Report.Az
Oxşar xəbərlər
Təqvim
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930