BNA taksilərə bu güzəşti edəcək

Tural İbadlı Sosial təminat 30 aprel 2021
0
Gələcəkdə taksilər də avtobus zolaqlarında istifadə edə biləcək.
"NewsCafe" trend-ə istinadla xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) Yol hərəkətinin təşkili şöbəsinin müdiri Tərlan Səfərov deyib. Onun sözlərinə görə, hazırda mövcud qanunveriliciyə əsasən, avtobus zolaqlarından operativ nəqliyyat vasitələri istifadə edə bilər:
“Bu, bir tərəfdən avtobus zolaqlarının üstünlüyündən xəbər verir. Belə ki, yanğınsöndürən, təcili yardım, yaxud Dövlət Yol Polisinin İdarəsinin əməkdaşları bu xətlərdən istifadə edərək hadisə yerinə zamanında çata bilirlər.
Gələcək perspektivlərdə taksi xidməti göstərən minik vasitələrinin də avtobus zolaqlarına daxil olması müzakirə olunur ki, bu istiqamətdə qanunvericilikdə dəyişiklik edilsin”.
Oxşar xəbərlər
Təqvim
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930