Bakı metrosunda sərnişindaşımanın maya dəyəri 3 dəfə artıb

Tural İbadlı Maliyyə-Biznes 07 may 2021
0
2020-ci ildə "Bakı Metropoliteni" QSC-də bir sərnişinin daşınma xərci 1,54 manat təşkil edib ki, bu da 2019-cu illə müqayisədə 1,03 manat və yaxud təxminən 3 dəfə çoxdur.
"NewsCafe" xəbər verr ki, bu barədə "Report"un sorğusuna cavab olaraq qurumdan bildirilib.
Məlumata görə, sərnişindaşımanın maya dəyərinin kəskin artması koronavirus (COVID-19) pandemiyasına görə, Bakı metrosunun fasilələrlə işləməsi, sərnişin daşınmasından nəzərdə tutulduğu qədər gəlir əldə edilməməsidir.
"Ötən il 228 milyon nəfərlik sərnişindaşıma planına qarşı 74,7 milyon nəfər sərnişin daşınıb. Bunun isə 72,1 milyon nəfəri gediş haqqı ödəyib", - deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, 2019-cu ildə "Bakı Metropoliteni" 236,7 milyon nəfər sərnişin daşımışdı ki, bunun da 229,7 milyon nəfəri gediş haqqı ödəmişdi və bir sərnişinin daşınma xərci 51 qəpik təşkil etmişdi.
Oxşar xəbərlər
Təqvim
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31