Bakının küçə və parklarından birinə Polad Həşimovun adı verildi

Tural İbadlı Dağlıq Qarabağ münaqişəsi 07 may 2021
0
Bakı şəhərinin küçələrdən birinə Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun adı verilib.
"NewsCafe" xəbər verir ki, bu barədə "Report"a Xətai Rayon İcra Hakimiyyətindən bildirilib.
Qeyd olunub ki, bununla bağlı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən qərar qəbul olunub. Qərara əsasən, Xətai rayonunda yerləşən Naximov küçəsinin adı dəyişdirilərək Polad Həşimov küçəsi adlandırılıb.
"Yaxın zamanlarda həmin küçədə şəhid general-mayor Polad Həşimovun adını daşıyan park da istifadəyə veriləcək", - icra hakimiyyətindən bildirilib.
Oxşar xəbərlər
Təqvim
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31