İran Azərbaycanla sərhəd mübahisəsində Ermənistanı dəstəklədi

Tural İbadlı Dağlıq Qarabağ münaqişəsi | Sosial 17 may 2021
0
İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Mustaba Zonnuri Azərbaycana qarşı qərəzli açıqlama verib.
"NewsCafe"nin Modern.az-a istinadən verdiyi məlumata görə, Ermənistan mediasına açıqlama verən Zonnuri Ermənistan sərhədinin toxunulmaz qalmalı olduğunu və regionda istənilən sərhəd dəyişikliyinə sərt reaksiya verəcəklərini söyləyib.
“İran İslam Respublikasının mövqeyi aydın və qətidir: biz regionda hər hansı ərazi dəyişikliyini qəbul etmir, bütün ölkələrin ərazi bütövlüyünün saxlanılmasından yanayıq. Həmçinin, sərhədlərimiz yaxınlığında hər hansı transregional qüvvəni də qəbul etmirik. Əgər Ermənistan ərazisinin bir hissəsini ələ keçirmək istəsələr və Ermənistanla olan sərhədlərimizdə yeni qonşu olarsa, bu bizim üçün qəbuledilməzdir. İranla Ermənistan arasında mövcud sərhəd tam saxlanılmalı və qorunmalıdır”-deyə iranlı deputat deyib.
Oxşar xəbərlər
Təqvim
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31