“Azər-Türk Bank” ötən il dividend üzrə proqnozu yerinə yetirə bilməyib

Maliyyə-Biznes | Sosial 24 may 2021
0

2020-ci ildə Azərbaycanda səhmlərində dövlət payı olan müəssisələrinə alınan dividendlər üzrə dövlət büdcəsinə 2,8 milyon manat proqnoza qarşı 1,2 milyon manat və yaxud 1,6 milyon manat az vəsait daxil olub.
“Newscafe” xəbər verir ki, bu barədə “2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində bildirilir.
Sənəddə həmçinin deyilir ki, proqnozun yerinə yetirilməməsi səhmlərinin 75 %-i Maliyyə Nazirliyinə məxsus olan “Azər-Türk bank” ASC üzrə nəzərdə tutulmuş 1,5 milyon manat dividend proqnozunun icra olunmamasıdır. Bu isə koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar Bankın kredit portfelinin keyfiyyətinin pisləşməsi, nəzərdə tutulduğu qədər mənfəət əldə edə bilməməsi, əvvəlki ilin mənfəətinin xüsusi ehtiyatların yaradılmasına yönəltməsi ilə bağlıdır.
Oxşar xəbərlər
Təqvim
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31