Bakıda ər-arvad poliklinikanın şüşəsini sındırıb, 3 həkimə xəsarət yetirib

Tural İbadlı Hadisə 01 sentyabr 2021
0
Səhiyyə Nazirliyi Bakıda vaksin olunmaq istəyən vətəndaşın poliklinikanın qapısının şüşəsini sındırması ilə bağlı açıqlama verib.
Nazirliyin Mətbuat xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, hadisə avqustun 31-də axşam saat 18:40 radələrində baş verib.
"Növbədə dayanan vətəndaşlardan bir neçəsi sosial məsafənin qorunması üçün növbəli şəkildə tibb müəssisəsindən içəri buraxılır və qapı bağlanır. Həmin şəxs və həyat yoldaşı poliklinikanın qapısını sındıraraq içəri daxil olub və 3 həkimə xəsarət yetirib. Faktla bağlı artıq hüquq mühafizə orqanlarına rəsmi müraciət olunub", - məlumatda qeyd edilib.
Oxşar xəbərlər
Təqvim
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930