Dövlət Vergi Xidməti 9 milyon manata sistemini yeniləyir

Tural İbadlı Maliyyə-Biznes 01 sentyabr 2021
0
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti yeni AVİS 2 informasiya sisteminin yaradılmasının 3-cü mərhələsi üzrə yeni platforma bazasında Bəyannamə, Kargüzarlıq, Şəxsi Hesab Vərəqəsi, Borclar, VÖEN altsistemlərinin əsas funksional bölmələrinin analiz edilməsi, Bəyannamə və Kargüzarlıq altsistemlərinin əsas funksional bölmələrinin proqramlaşdırması, təlimatların hazırlanması və təlimlərin keçirilməsi işlərinin yerinə yetirilməsi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Cybernet" MMC-dir.
Qalib şirkətə 8 milyon 923,8 min manat ödəniləcək.
Oxşar xəbərlər
Təqvim
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930