Dövlət Sərhəd Xidmətinə yeni mətbuat katibi təyin olunub

Tural İbadlı Daxili xəbərlər 06 sentyabr 2021
0
Dövlət Sərhəd Xidmətində (DSX) kadr təyinatı olub.
"NewsCafe"nin "Report"a istinadən verdiyi məlumata görə, bununla bağlı DSX-nin rəisi general-polkovnik Elçin Quliyev əmr imzalayıb.
Əmrə əsasən, polkovnik-leytenant Rəşad Məşədiyev qurumun Mətbuat Mərkəzinin mətbuat katibi vəzifəsinə təyin edilib.
DSX-nin Mətbuat Mərkəzi faktı təsdiqləyib.
Oxşar xəbərlər
Təqvim
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930