Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu qurumu ötən ili 24 milyon manat xalis zərərlə başa vurub

Tural İbadlı Maliyyə-Biznes | Sosial 16 sentyabr 2021
0
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" ASC 2020-ci ili 23,620 milyon manat xalis zərərlə başa vurub. Halbuki, səhmdar cəmiyyət 2019-cu ili 2,177 milyon manat xalis mənfəətlə başa vurmuşdu.
NewsCafe” xəbər verir ki, bununla da, "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu"nun yığılmış zərəri 21,443 milyon manatı ötüb.
Ötən il "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu"nun cəmi gəlirləri 9,735 milyon manat (illik müqayisədə 21 % az), cəmi xərcləri 8,898 milyon manat (4,8 % az), asılı və ya birgə müəssisələrin zərərlərində pay 24,454 milyon manat (30,4 dəfə çox), mənfəət vergisi ödəmələri 3,2 min manat (10 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu"nun aktivləri 60,558 milyon manat olub ki, bu da, illik müqayisədə 29,7 % azdır. Hesabat dövründə səhmdar cəmiyyətin öhdəlikləri 70,1 % artaraq 3,294 min manata, balans kapitalı isə 28,1 % azalaraq 60,555 milyon manata enib.
Oxşar xəbərlər
Təqvim
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930