Bakı metrosu bu il 55 vaqonunu təmir etdirəcək

Tural İbadlı İnfrastruktur 01 oktyabr 2021
0
Bu il "Bakı Metropoliteni" QSC-yə məxsus 11 qatar və yaxud 55 vaqon təmir ediləcək.
NewsCafe” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında qurumun Depolar üzrə İş Departamentinin direktoru Faiq Əhmədov deyib.
Onun sözlərinə görə, təmir işləri 3 mərhələdə həyata keçiriləcək: “Cari Təmir-2 adlanan təmir zamanı 240 min km hərəkət edən 4 qatar təmir olunacaq. Cari Təmir-3 adlanan təmir zamanı 560 min km hərəkət edən 3 qatarın (15 vaqon), orta təmir zamanı isə 960 min km hərəkət edən 4 qatarın (20 vaqon) təmiri həyata keçiriləcək. Artıq gələn ilə də irihəcmli plan qurulub, neçə qatar və yaxud vaqonun təmirə gedəcəyi müəyyənləşib".
Oxşar xəbərlər
Təqvim
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031