"15 dəfə 15 min manat götürüb Şahinə verdim" - XİN-in vəzifəli şəxslərinin MƏHKƏMƏSİ

Tural İbadlı Məhkəmə | Siyasət 13 oktyabr 2021
0
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) İşlər idarəsinin sabiq müdiri Fərhad Mollazadə və İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadənin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
"NewsCafe"nin Yeniavaz.com-a istinadən verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə şahidlər dindirilib.
Şahid qismində ifadə verən Rəsmiyyə Qazıyeva deyib ki, bir neçə nəfərin adına şirkətlər açaraq banklardan etibarnamə ilə pul götürüb: "Mən 15 dəfə 15 min manat götürüb Şahinə verdim. Mənə isə ondan 2 faiz qalırdı”.
Daha sonra şahid qismində Şahin Abdullayev dindirilib. O, bankda işlədiyini deyib.
Digər şahid Şahin Rəsulov söyləyib ki, Şirvanda yaşayan Nicat Ələkbərov adlı tanışının əli ilə şirkət açıb. O, tenderdə qalib gəldiyini, 32 min manat pul çıxartdığını deyib: “Pulu da Rövşənə verdim”.
Xırdalanda usta olduğunu deyən şahid Bilal Qasımov bankdan 30 min manat pul çıxardaraq mal aldığını bildirib. Onun sözlərinə görə, həmin malları da S.Əlizadəyə verib.
Proses oktyabrın 20-də davam edəcək.
Xatırladaq ki, XİN-in sabiq işçiləri Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən aparılan cinayət işi üzrə saxlanılıblar. Keçirilən əməliyyat nəticəsində XİN-in İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Mollazadə, İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə tərəfindən çoxsaylı qanunsuz əməllərə yol vermələrinə əsaslı şübhələr müəyyən edilərək həbs olunublar.
26 dekabr 2020-ci ildə hər iki şəxs barəsində həbs qətimkan tədbiri ləğv olunub və onlar ev dustaqlığına buraxılıblar.
Oxşar xəbərlər
Təqvim
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031