Saatlıda karantin qaydalarının pozulduğu toy məclisi aşkarlanıb

Tural İbadlı Əməliyyat-axtarış | Sosial 23 oktyabr 2021
0
Saatlı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan "NewsCafe"yə verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində rayonun Soltanabad kənd sakini Atamoğlan Ağayevin fərdi yaşayış evinin həyətində təyin olunmuş qaydaları pozaraq normadan artıq sayda qonağın iştirakı ilə toy məclisi keçirdiyi müəyyən edilib.
Aşkarlanan qayda pozuntusu ilə bağlı ev sahibi ilə profilaktiki söhbətlər aparılıb və barəsində qanunamüvafiq tədbirlər görülüb.
Oxşar xəbərlər
Təqvim
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031