Bakıda bir neçə marşrutun hərəkət sxemlərində müvəqqəti dəyişiklik edilib

Tural İbadlı İnfrastruktur 30 noyabr 2021
0
Bakının Nərimanov rayonu, Ağa Nemətulla küçəsində (Fətəli Xan Xoyski küçəsindən Heydər Əliyev prospekti istiqamətində) aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq edilib.
"NewsCafe" xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, bununla əlaqədar 2, 4, 5, 17, 24, 26, 38, 67, 202 və M8 nömrəli marşrutların hərəkət sxemlərində müvəqqəti dəyişiklik edilib.
Dəyişikliyə əsasən, sözügedən marşrutların hərəkət sxemi müvəqqəti olaraq Faiq Yusifov, Əliyar Əliyev, Əhməd Rəcəbli, Gülarə Qədirbəyova küçələri ilə təşkil ediləcək.
Oxşar xəbərlər
Təqvim
«    Noyabr 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930