Prezident İlham Əliyev Emil Məsimovu təltif edib

İqtisadiyyat 06 dekabr 2021
0
Prezident İlham Əliyev Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb. 

Təltif edilənlər arasında Azerconnect MMC-nin Baş İcraçı Direktoru Emil Məsimov da var.

Belə ki, E.Məsimov “Tərəqqi” medalı ilə təltif edilib.

Qeyd edək ki, Emil Məsimov 15 ildən artıqdır telekommunikasiya sektorunda fəaliyyət göstərməkdədir. O, telekommunikasiyanın tənzimlənməsi, idarə edilməsi və informasiya təhlükəsizliyi sahəsində müxtəlif rəhbər vəzifələrdə çalışmış və Azerfon (Nar Mobile) şirkətində Baş Direktorun müavini vəzifəsinə qədər yüksəlmişdir. 2016-cı ildən etibarən Azerconnect MMC-nin rəhbərliyində təmsil olunmaqla bərabər O, informasiya kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən bir neçə böyük şirkətin Müşahidə Şurasının üzvüdür.

Azerconnect ölkəmizdə dinamik inkişaf edən İKT və yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən ilk B2B (Business-to-Business - Biznesdən biznesə) şirkətdir. 2013-cü ildə təsis edilmiş şirkət beynəlxalq standartlara uyğun olaraq İKT xidmətlərinin geniş çeşidini təqdim etməkdədir. Azerconnect müxtəlif sahələrdə və ölkələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir. NEQSOL Holding-in tərkibində olan şirkətlərin fəaliyyəti Böyük Britaniya, ABŞ, Türkiyə, Azərbaycan, Ukrayna, Gürcüstan, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri və s. ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrini əhatə edir.
Oxşar xəbərlər
Təqvim
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031