Məktəblilər üçün robototexnika təlimləri təşkil edilib

Tural İbadlı Elm-Təhsil 16 dekabr 2021
Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V qrant müsabiqəsinin fərdi kateqoriya üzrə qalib olmuş Qəbələ rayonu Vəndam qəsəbə 2 saylı tam orta məktəbin müəllimi Səadət Məhərrəmovanın "Məktəblinin Robototexnika Təlimi Klubu" layihəsi çərçivəsində Qəbələ rayon Vəndam qəsəbəsi 2 saylı tam orta məktəbində tədbir keçirilib.
"NewsCafe" xəbər verir ki, layihə rəhbəri Səadət Məhərrəmova Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə qrant müsabiqəsinin müəllimlər və şagirdlər üçün əhəmiyyətindən danışıb. Natiq "Məktəblinin Robototexnika Təlimi Klubu" layihəsi haqqında ətraflı məlumat verərək layihənin başa çatdığını xatırladıb və layihə çərçivəsində təlimlərin sosial davranış və sanitar-epidemioloji qaydalara uyğun olaraq əyani qaydada həyata keçirildiyini, təlimlərə 60 nəfərdən çox şagird (Qəbələ şəhəri 3 saylı tam orta məktəb, Qəbələ şəhəri 5 saylı tam orta məktəb və Qəbələ rayon Vəndam qəsəbəsi 2 saylı tam orta məktəb, 1-11-ci siniflər arasından) cəlb edildiyini diqqətə çatdırıb.
Qəbələ Rayon Təhsil Şöbəsinin müdiri Arifə Bayramova dövlətimizin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı barədə məlumat verərək, ənənəvi təhsilin davam etdirilməsində pandemiya qaydalarına ciddi riayət edilməsinin vacibliyini vurğulayıb. O, robototexnikanın inkişafının müxtəlif sənaye sahələrində inkişafa töhvə verəcəyini, məktəblilər üçün robototexnika üzrə təlimlərin təşkilinin gələcəkdə bu sahədə mütəxəssislərin yetişməsində müstəsna rolu olacağını bildirib.
Qəbələ rayon Vəndam qəsəbəsi 2 saylı tam orta məktəbin direktoru İradə Cəlilova rəhbərlik etdiyi müəssisədə robototexnika təlimlərinin təşkilindən məmnununluğunu ifadə edib, layihənin uğurlu icrasının bu sahədə olan çatışmazlıqların aradan qaldırılmasında olan önəmindən danışıb.
Layihə fəaliyyətini əks etdirən videogörüntülər izlənilib və layihənin təlimçisi Ayaz Məmmədovun müşayiəti ilə iştirakçılar hazırladıqları robotların, əl işlərinin təqdimatını həyata keçiriblər.






Oxşar xəbərlər
Təqvim
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031