Azad edilən ərazilərdə aşkarlanan silah-sursatın sayı açıqlanıb

Tural İbadlı Daxili xəbərlər | Sosial 03 yanvar 2022
0
İşğaldan azad edilən ərazilərdə aşkarlanan silah-sursatın sayı açıqlanıb
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan "NewsCafe"yə verilən məlumata görə, 2021-ci il ərzində ərazi polis orqanlarının əməkdaşları tərəfindən tərk edilən hərbi mövqelərdən 225 avtomat, 102 qumbaraatan, 68 pulemyot, 64 tank və piyada əleyhinə idarə olunan raket sistemləri, 10 minaatan qurğusu, 8 hava hücumundan müdafiə sistemləri, 721 qumbara, 129 mina, on minlərlə müxtəlif çaplı mərmi və patronlar aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Keçirilən tədbirlərlə işğaldan azad edilən ərazilərdə yabanı halda bitən 17 tona yaxın çətənə bitkisi yandırılaraq məhv edilib.
Oxşar xəbərlər
Təqvim
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31