Azərbaycanda siqaretlər bahalaşdı

Tural İbadlı Sosial təminat | Sosial 03 yanvar 2022
0
Yeni ildən etibarən Azərbaycanda siqaretlərin qiyməti artıb.
"NewsCafe" xəbər verir ki, markasından və qiymətindən asılı olmayaraq siqaretlərin hər qutusunun qiyməti 10 qəpik artıb.
Məsələn, indiyədək 3,5 manata satılan «Vinston» siqaretinin qutusu 3,6 manata qalxıb.
Kent siqaretinin qutusu 3,7 manatdan 3,8 manata yüksəlib.  
«Sobraniye» siqareti isə 3,9 manatdan 4 manata yüksəlib. 
Satış şəbəkələri siqaretin bahalaşmasının səbəbini açıqlamayıblar. Bununla yanaşı, qeyd edək ki, yeni ildən Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, siqaretlər üçün aksiz vergiləri artaraq 1000 ədəd üçün 35 manatdan, 38,5 manata yüksəlib.
@Fed.Az
Oxşar xəbərlər
Təqvim
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31