Türkiyədə illik inflyasiya 19 illik rekordu yeniləyib

Tural İbadlı Xarici xəbərlər | Siyasət 03 yanvar 2022
0
Ötən ilin dekabr ayında Türkiyədə qiymətlər noyabr ayı ilə müqayisədə orta hesabla 13,6%, əvvəlki ilin dekabr ayına nisbətən isə 36,1% artıb.
NewsCafe” xəbər verir ki, bu barədə Türkiyə Statistika Qurumu (TÜİK) məlumat yayıb.
Məlumatda deyilir ki, bununla da ölkədə illik inflyasiya 2002-ci ilin sentyabr ayında qeydə alınmış (19 illik) rekordu yeniləyib.
Son 1 ildə Türkiyədə ən aşağı qiymət artımı rabitə sahəsində qeydə alınıb - 8,8%. Təhsil sahəsində isə illik inflyasiya 17,2% təşkil edib. İl ərzində spirtli içkilər və tütün orta hesabla 20%, geyim-ayaqqabı 20,1%, spirtsiz içkilər və qida 43,8%, ev əşyaları 40,95%, nəqliyyat xidməti isə 53,7% bahalaşıb.
Aylıq qiymət artımlarına gəlincə isə rabitə xidmətləri 3,65%, təhsil xidmətləri 0,1%, spirtsiz içkilərdə və qida 16%, ev əşyaları 16,5%, nəqliyyat xidmətləri isə 28,5% bahalaşıb.
Oxşar xəbərlər
Təqvim
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31