Ermənistanda əsgər güllələnərək öldürülüb, xidmət yoldaşı saxlanılıb

Tural İbadlı Xarici xəbərlər 04 yanvar 2022
0
Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu Movses Tadevosyan güllələnərək öldürülüb.
NewsCafe" “Sputnik Armenia”ya istinadən xəbər verir ki, hadisə dekabrın 31-də baş verib.
Qeyd olunub ki, Vayosdzor rayonunun döyüş postunda xidmət edən hərbçi, 2003-cü il təvəllüdlü Movses Tadevosyan başından güllə yarası alıb.
Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, hərbçi xəstəxanaya aparılarkən yolda ölüb.
Movses Tadevosyanın xidmət yoldaşı hadisəni törətməkdə şübhəli bilinərək saxlanılıb.
Hadisənin səbəbləri araşdırılır.
Oxşar xəbərlər
Təqvim
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31