Bağlanan bankın baş ofisinin qiyməti 2 dəfədən çox endirilib

Tural İbadlı Maliyyə-Biznes | Sosial 05 yanvar 2022
0
Yanvarın 12-də, saat 11:00-da ləğv prosesində olan “Standard Insurance” Sığorta Şirkəti ASC-nin baş ofisinin satışına dair növbəti hərrac keçiriləcək.
"NewsCafe" xəbər verir ki, bu barədə “Report”a qurumun Ləğvetmə Komissiyasından bildirilib.
Məlumata görə, "Əmlak Hərrac Mərkəzi" MMC-nin təşkil edəcəyi hərrac Bakı şəhəri, Yasamal rayonu, Məmməd Rahim küçəsi, 4A ünvanında olacaq və paytaxtın Nəsimi rayonunun Şəmsi Bədəlbəyli küçəsində 4 mənzilin birləşdirilməsi ilə yaradılmış 359 kvm-lik ofis alıcılara təklif ediləcək.
Əmlak üçün 920 min manat qiymət müəyyən olunub. Bu məbləğin 1%-i, yəni 9200 manat beh kimi ödənilməlidir.
Xatırladaq ki, əmlakın ilkin satış qiyməti 2 milyon manat olub.
Hərrac predmetinin ətraflı təsviri aşağıdakı cədvəldə öz əksini tapıb:
Daşınmaz əmlak növüÜnvanıÜmumi sahəsiHərrac qiyməti
AZN
Beh
AZN
Rekonstruksiya işlərindən sonra birləşdirilmiş 4 (dörd) mənzilBakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küçəsi. ev 251, mənzil 2056.6 м²920 000 (doqquz yüz iyirmi min)9 200 (doqquz min iki yüz)
Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küç., ev 251, mənzil 4946.5м²
Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küçəsi. ev 251, mənzil 5052.7 м²
Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi. ev 96, mənzil 65114.7 м²
Hərracla bağlı daha ətraflı məlumatları isə aşağıdakı linkdən əldə etmək mümkündür:
https://birjanews.az/herrac-elanlar/115
Sığorta şirkətinin digər əmlaklarının qanunvericiliyə və hərrac qaydalarına əsasən açıq satışı davam edəcək, bu barədə ictimaiyyətə əvvəldən məlumat veriləcək.
Oxşar xəbərlər
Təqvim
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31