"Bakı Metropoliteni" ötən il sərnişindaşımadan 26,2 mln manat qazanıb

Tural İbadlı İnfrastruktur 06 yanvar 2022
0
2021-ci ildə "Bakı Metropoliteni" QSC 90 milyon 232 min 427 sərnişin daşıyıb.
Bu barədə "NewsCafe"yə qurumun mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, bu sərnişinlərin 3 milyon 050 min 575 nəfəri ödənişsiz, 87 milyon 181 min 452 nəfəri ödənişli üsullarla daşınıb.
Bu isə metronun ötən il işlədiyi günlər üzrə orta statistik hesabla 485 min 121 nəfər daşınma deməkdir.
Amma 2021-ci ilin bütün günlərini nəzərə alsaq ötən il orta statistik gündəlik 247 min 212 nəfər daşınıb.
"Bakı Metropoliteni" ötən il sərnişindaşımadan 26 milyon 154 min 435,6 manat qazanıb.
Oxşar xəbərlər
Təqvim
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31