Bakıdakı məktəblərdən biri iki gündür işıqsız qalıb

Tural İbadlı Energetika 06 yanvar 2022
0
Bakının 167 nömrəli tam orta məktəbində iki gündür işıq yanmır.
"NewsCafe" "Reprot"a istinadən xəbər verir ki, bunu həmin məktəbdə oxuyan şagirdlərin valideynləri deyiblər.
Onlar qeyd ediblər ki, elektrik enerjisi olmadığına görə şagirdlər soyuq sinif otqalarında dərs keçirlər.
Problemlə bağlı məktəbdən "Report"a bildirilib ki, təhsil ocağının yaxınlığındakı küçədə elektrik xətlərində qəza baş verib, nəticədə məktəbə elektrik enerjisinin verilməsi kəsilib: "Azərişıq" ASC bu gün problemi həll etməyə çalışır. Məktəbin daxili elektrik şəbəkəsində hər hansı problem yoxdur".
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən isə bildirilib ki, məktəbin elektrik enerjisi təchizatında yaranmış fasilə ilə bağlı aidiyyəti üzrə müvafiq qurumlara müraciət olunub: "Məsələnin qısa zamanda həll edilməsi üçün zəruri tədbirlər həyata keçirilir".
Oxşar xəbərlər
Təqvim
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31