Ötən il Azərbaycana edilmiş kiber hücumların sayı açıqlanıb

Tural İbadlı HiTech 06 yanvar 2022
Dövlət orqanlarının istifadəsi üçün yaradılmış AzStateNet şəbəkəsi üzrə təhlükəsizlik divarları, sandbox sistemi, mərkəzləşdirilmiş antivirus sistemi, o cümlədən, manual kiberhücum analizlərinin tədqiq nəticəsində blok edilmiş indikatorların 2021-ci il üzrə statistikası açıqlanıb.
"NewsCafe" bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinə istinadən xəbər verir.
Məlumatda deyilir ki, 4-cü rüb üzrə AzStateNet şəbəkəsində təhlükəsizlik divarları ilə 67 900 000 zərərli keçid, mərkəzləşdirilmiş antivirus sistemi ilə 1 122 000 zərərverici, sandbox sistemi üzrə 12 640 zərərverici tərkibli sənəd/fayl, hədəflənmiş kiberhücumların manual analizi nəticəsində 176 xüsusi indikator bloklanaraq dövlət qurumunda çalışan əməkdaşların kiberhücumlardan və yoluxma hallarından qorunması təmin edilib.
İnformasiya təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə 2021-ci il üzrə ümumilikdə AzStateNet şəbəkəsində təhlükəsizlik divarları ilə 193 180 000 zərərli keçid, mərkəzləşdirilmiş antivirus sistemi ilə 3 142 100 zərərverici, sandbox sistemi üzrə 35 788 zərərverici tərkibli sənəd/fayl, hədəflənmiş kiberhücumların manual analizi nəticəsində 744 xüsusi indikator bloklanaraq dövlət qurumunda çalışan əməkdaşların kiberhücumlardan və yoluxma hallarından qorunması təmin edilib.




Oxşar xəbərlər
Təqvim
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31