Bakıda oğurlanan 2 yaşlı uşaq tapılıb - saxlanılanlar var

Tural İbadlı Əməliyyat-axtarış | Sosial 08 yanvar 2022
0
Ötən il dekabrın 29-da Sabunçu qəsəbəsində oğurlanan 2 yaşlı Məhəmməd Elgün oğlu Şıxəliyev Sabunçu Rayon Polis İdarəsi və 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən intensiv əməliyyat-axtarış tədbiri nəticəsində tapılıb.
Bu barədə "NewsCafe"yə DİN-in Mətbuat Xidmətinin inspektoru polis mayoru Anar Qafarov məlumat verib.
Məlumata görə, körpəni oğurlamaqda şübhəli bilinən Gültəkin Muradova və Şamil Əliyev saxlanılıblar.
Araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Təqvim
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31