Rusiya ABŞ-ın KTMT ilə bağlı ittihamlarına cavab verdi

Tural İbadlı Xarici xəbərlər 08 yanvar 2022
0
“Bu gün ABŞ-ın dövlət katibi Entoni Blinken Qazaxıstanda baş verən faciəli hadisələrlə bağlı tipik acınacaqlı şəkildə zarafat edib”.
NewsCafe” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin “Telegram” kanalında qeyd edilir.
Bildirilib ki, Blinken “Qazaxıstan rəhbərliyinin təhlükəsizliyin təmin edilməsində yardım göstərmək çağırışına Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) tamamilə qanuni cavabını” bədniyyətli ifadə ilə müşayiət edib.
E. Blinkenin “Əgər sizin evinizdə ruslar varsa, onları çıxmağa məcbur etmək çətin olacaq” ifadəsinə Rusiya XİN-nin cavabı belə olub:
“Əgər Entoni Blinken tarix dərslərini çox sevirsə, qoy o, aşağıdakılara diqqət yetirsin: amerikalılar sizin evinizdə olanda qarət edilmək və ya zorlanmamaq deyil, sağ qalmaq çətin ola bilər. ABŞ dövlətçiliyinin 300 ili ərzində ancaq onlara bu öyrədilib. Şimali Amerika qitəsinin hinduları, koreyalılar, vyetnamlılar, iraqlılar, panamalılar, yuqoslavlar, liviyalılar, suriyalılar və bu çağırılmamış qonaqları öz evlərində görmək nəsib olmayan bir çox başqa bədbəxt insanlar bu barədə çox şey danışacaqlar”.
Oxşar xəbərlər
Təqvim
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31