"Unibank" 20 milyon manatlıq borclanmaya gedir

Tural İbadlı Maliyyə-Biznes 11 yanvar 2022
0
“Unibank” ASC "Bakı Fond Birjası" QSC-də yeni 20 mln manatlıq istiqrazlarını yerləşdirməyə hazırlaşır.
"NewsCafe" xəbər verir ki, hər birinin nominal dəyəri 1 000 manat olan ümumilikdə 20 000 istiqraz yerləşdiriləcək.
Qiymətli kağızların illik gəlirliyi 9%, tədavül müddəti isə 18 ay olacaq. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.
İstiqrazlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək.
Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.
Oxşar xəbərlər
Təqvim
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31